Xəzər Xəbər

ABŞ-nin İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb

Dünya | 12:45 • 26 Oktyabr 2023
ABŞ-nin İraqdakı hərbi bazası yenidən PUA hücumuna məruz qalıb

ABŞ-nin İraqın qərbindəki Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası yenidən PUA hücumuna məruz qalıb.

"Al Mayadeen" telekanalı xəbər yayıb ki, hücumun məsuliyyətini HƏMAS hərəkatının İraqdakı bölməsi üzərinə götürüb.

Məlumata görə, PUA öz hədəfini vurub. Dəyən zərər, yaxud insan tələfatı barədə məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 22-də “İraq İslam Müqaviməti” hərəkatının silahlı dəstələri Ayn-əl-Əsəd hərbi bazasına bir neçə raket zərbəsi endirib. Oktyabrın 19-20-də həmin baza PUA hücumuna məruz qalıb. Oktyabrın 20-də İraqın Ərbil şəhəri ətrafında yerləşən “Harir” hərbi aerodromunda iki PUA hücumu dəf edilib. İraqın hava hücumundan müdafiə qüvvələri, həmçinin Birləşmiş Ştatların Bağdad aeroportu rayonundakı Kemp-Viktoriya bazası üzərində bir PUA-nı vurmağa müvəffəq olub.

Ölkədə fəaliyyət göstərən silahlı dəstələr ABŞ-dən öz hərbçilərini İraqdan və Yaxın Şərqin digər ölkələrindən çıxarmağı tələb edir.

Xəbər lenti