Xəzər Xəbər

Men ştatında qətliam törətməkdə şübhəli bilinən şəxs həbs edilib

Dünya | 08:52 • 26 Oktyabr 2023
Men ştatında qətliam törətməkdə şübhəli bilinən şəxs həbs edilib

ABŞ-nin Men ştatının Lyuiston şəhərində qətliam törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, cinayətin təhqiqatına ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agentləri qoşulub.

Təhqiqata Men ştatının polisi rəhbərlik edir.

Cinayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat tüfəngdən atəş açıb.

Şəhər xəstəxanasından jurnalistlərə bildiriblər ki, hələlik qurbanların dəqiq sayını məlum deyil.

Qeyd edək ki, baş verən atışma nəticəsində azı 22 nəfərin öldüyü, 50-60 nəfərin yaralandığı bildirilir.

Xəbər lenti

Çox oxunanlar