Xəzər Xəbər

İsrail BMT nümayəndələrinə viza verməyəcək

Dünya | 13:19 • 25 Oktyabr 2023
İsrail BMT nümayəndələrinə viza verməyəcək

İsrail BMT nümayəndələrinə viza verməyəcək.

“The Times of İsrael” nəşri xəbər yayıb ki, bu barədə Tel-Əvivin Təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan Erdan bildirib.

Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına səbəb BMT-nin Baş katibi Antonio Quterreşin HAMAS-İsrail münaqişəsi ilə bağlı bəyanatları olub:

“HAMAS terror təşkilatı İsrail sərhədini keçib böyük əksəriyyəti mülki şəxslər olmaqla 1400 nəfəri öldürdüyü halda, Quterreş BMT Təhlükəsizlik Şurasının HAMAS-İsrail münaqişəsi ilə bağlı keçirilən iclasında deyib ki, HAMAS səbəbsiz yerə hücum etməyib və bunu etiraf etmək lazımdır".

Erdanın sözlərinə görə, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verilməsindən artıq imtina edilib.

“Onlara dərs vermənin vaxtı çatıb”, - deyə o vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar