Xəzər Xəbər

ABŞ İsrailə “Dəmir günbəz”in iki batareyasını göndərəcək

Dünya | 09:00 • 25 Oktyabr 2023
ABŞ İsrailə “Dəmir günbəz”in iki batareyasını göndərəcək

ABŞ Müdafiə Nazirliyi İsrailə yaxın mənzilli raketlərin qarşısını alan “Dəmir günbəz” sisteminin iki batareyasını göndərmək niyyətindədir.

“Defense Weekly” yazır ki, bu barədə Amerika hərbi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qeyd etdiyimiz kimi, ABŞ “Dəmir günbəz”lə bağlı İsrailə əlavə yardım göstərəcək. Bununla əlaqədar, Müdafiə Nazirliyi hazırda “Dəmir günbəz” batareyalarının İsrailə çatdırılmasını planlaşdırır", - deyə rəsmi nümayəndə bildirib.

Nəşr qeyd edib ki, ABŞ ordusu bir neçə il əvvəl “Dəmir günbəz” sisteminin iki batareyasını əldə etmişdi. Bu satınalma qanadlı raketlərdən müdafiə sahəsindəki boşluğu doldurmaq üçün nəzərdə tutulmuşdu. Lakin bu sistem istifadə edilməyib.

Xəbər lenti