Xəzər Xəbər

İran odla oynayır İSXAQ HERSOQ

Dünya | 13:00 • 24 Oktyabr 2023
İran odla oynayır

“İran Livanda odla oynayır”. İsrail isə Livandakı vəziyyəti yaxından izləyir:

Xezerxeber.az İsrail mətbuatına istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat qarşısında çıxışında deyib.

“Hesab edirəm ki, “Hizbullah” və onun arxasında dayan şər imperiyası İran odla oynayır, regionda, Yaxın Şərqdə qeyri-sabitlik yaratmağa çalışırlar. Əgər “Hizbullah” bizi müharibəyə sürükləyərsə, bunun əvəzini Livanın ödəyəcəyi aydın olmalıdır”.

Hersoq qeyd edib ki, Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, çünki “Hizbullah” üzvləri Livan pasportuna malikdir, belə ki, onlar İsrailə hücum edirlər və buna görə məsuliyyət daşımırlar:

“Bu, belə ola bilməz. Beynəlxalq hüquqa əsasən, bizim özümüzü müdafiə hüququmuz var".

İsrail Prezidenti onu da bildirib ki, İsrailin şimal sərhədində “Hizbullah” döyüşçüləri ilə müharibə aparmaq niyyəti yoxdur, əksinə diqqət Qəzzada HAMAS-la mübarizəyə yönəlib.

Xəbər lenti

Çox oxunanlar