Xəzər Xəbər

Gürcüstan İranda “3+3” formatında keçiriləcək görüşdə iştirak etməyəcək

Dünya | 11:52 • 23 Oktyabr 2023
Gürcüstan İranda “3+3” formatında keçiriləcək görüşdə iştirak etməyəcək

Gürcüstan oktyabrın 23-də Tehranda “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək görüşdə təmsil olunmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Gürcüstan bu görüşdə iştirak etməyib və iştirak etmir.

Qeyd edək ki, “3+3” formatında ilk görüş Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci il dekabrın 10-da Moskvada keçirilib.

Xəbər lenti