Xəzər Xəbər

Rusiya son sutkada Ukraynada 870 hərbçisini itirib

Dünya | 09:48 • 23 Oktyabr 2023
Rusiya son sutkada Ukraynada 870 hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.

Xezerxeber.az yerli "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 294 700 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 22 zirehli döyüş maşını, 25 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. 

Xəbər lenti

Çox oxunanlar