Xəzər Xəbər

Ermənistanın müdafiə naziri Fransaya səfər edib

Dünya | 19:56 • 22 Oktyabr 2023
Ermənistanın müdafiə naziri Fransaya səfər edib

Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.

Xezerxeber.az-ın yerli mediaya istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, Fransanın müdafiə naziri Sebastyan Lekornünün dəvəti ilə Suren Papikyan oktyabrın 22-də Fransaya səfər edib.

Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib ki, oktyabrın 22-də Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.

Xəbər lenti

Çox oxunanlar