Xəzər Xəbər

Netenyahu Hizbullah və Livana xəbərdarlıq edib

Dünya | 18:11 • 22 Oktyabr 2023
Netenyahu Hizbullah və Livana xəbərdarlıq edib

İsrail Baş naziri Binyamin Netenyahu Livandakı Hizbullah Hərəkatına xəbərdarlıq edib.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Binyamin Netenyahu ölkənin şimal sərhədində hərbçilərlə görüşündə deyib ki, əgər Hizbullah Hərəkatı tam münaqişəyə daxil olarsa, həyatlarında ən böyük səhvə yol vermiş olar. 

Baş nazir qeyd edib ki, Hihbullah Hərəkatının İsraillə döyüş əməliyyatlarına tam qoşulacağına qərar verib-verməyəcəyini deyə bilməz: “Əgər Hizbullah belə qərar verərsə, biz təsəvvür edə bilməyəcəkləri zərbə endirəcəyik. Bu, həm Hizbullah, həm də Livan dövləti üçün dağıdıcı təsirə malik olacaq. Biz istənilən ssenariyə hazırıq”.

Xəbər lenti

Çox oxunanlar