Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda 3+3 formatında keçiriləcək görüşdə iştirak edəcək.
Xezerxeber.azın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
O deyib ki, Ararat Mirzoyan İran tərəfinin dəvəti ilə 3+3 formatında keçiriləcək görüşdə iştirak edəcək.