Xəzər Xəbər

ABŞ-də yəhudi icmasının lideri qətlə yetirilib

Dünya | 12:26 • 22 Oktyabr 2023
ABŞ-də yəhudi icmasının lideri qətlə yetirilib

Detroyt yəhudi icmasının dini lideri Samanta Uoll oktyabrın 21-i şənbə günü vəhşicəsinə qətlə yetirilib.

Bu barədə CNN yerli hakimiyyət orqanlarına və sinaqoqun mesajına istinadən məlumat yayıb. 

Polisin məlumatına görə, Detroyt sinaqoqunun rəhbəri şənbə günü səhər evinin qarşısında ölü tapılıb. Qadının çoxsaylı bıçaq xəsarətləri nəticəsində öldüyü məlum olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətlin binada törədildiyini güman edirlər. Cinayətin motivi məlum deyil. (APA)

Xəbər lenti

Çox oxunanlar