Xəzər Xəbər

İsrail ordusu Dəməşq və Hələb aeroportlarına raket zərbələri endirib

Dünya | 10:55 • 22 Oktyabr 2023
İsrail ordusu Dəməşq və Hələb aeroportlarına raket zərbələri endirib

İsrail ordusu növbəti dəfə Dəməşq və Hələb beynəlxalq aeroportlarına raket zərbələri endirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə SANA agentliyi Suriya ordusuna istinadən məlumat yayıb. 

Qeyd edilib ki, bu gün səhər saat 05.25 radələrində İsrail eyni vaxtda Aralıq dənizindən və Colan təpələri istiqamətlərindən Dəməşq və Hələb beynəlxalq aeroportlarına raket zərbələri endirib.

Aeroportların uçuş-eniş zolaqları sıradan çıxıb. Aeroport əməkdaşlarından biri ölüb, biri isə yaralanıb.

Xəbər lenti

Çox oxunanlar