Xəzər Xəbər

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən miqrantlar saxlanılıblar

Dünya | 09:22 • 22 Oktyabr 2023
Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən miqrantlar saxlanılıblar

Türkiyənin İzmir şəhərində qanunsuz yollarla ölkə ərazisini tərk etmək istəyən 80 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidmətindən məlumat yayılıb.

Bildirilib ki, bu şəxslərdən 41-i İzmirin Çeşme, 39-u isə Foça rayonlarında ələ keçirilib. Bundan əlavə, Türkiyənin Sahil Mühafizə Xidmətin əməkdaşları Çeşmə sahillərinə yaxın ərazidə qanunsuz yollarla Yunanıstana keçmək istəyən və yunan tərəfindən Türkiyə ərazi sularına geri göndərilən 20 miqrant xilas edib.

Qeyri-qanuni immiqrantlar İzmir İmmiqrasiya İdarəsinə göndəriliblər.

Xəbər lenti

Çox oxunanlar