Xəzər Xəbər

Misirdən Qəzzaya ilk humanitar yardım DAXİL OLDU

Dünya | 12:12 • 21 Oktyabr 2023
Misirdən Qəzzaya ilk humanitar yardım

Misirdən Qəzzaya humanitar yardım çatdıran ilk yük maşınları “Rafah” nəzarət-buraxılış məntəqəsindən keçib.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Qeyd olunub ki, humanitar yük maşınları yoxlanışdan keçdikdən sonra irəliləyəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xəbər lenti

Çox oxunanlar