Xəzər Xəbər

İsrail kəşfiyyatı HƏMAS liderlərindən birini TUTDU

Dünya | 12:39 • 20 Oktyabr 2023
İsrail kəşfiyyatı HƏMAS liderlərindən birini

İsrailin xüsusi xidmət orqanının əməkdaşları HƏMAS-ın yaradıcılarından və liderlərindən biri olan şeyx Həsən Yusufu tutub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, HƏMAS-ın İordan çayının qərb sahilindəki liderlərindən şeyx Həsən Yusuf Fələstinin Ramallah şəhərinin cənubunda, Beytuniya kəndində İsrailin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Məlumata görə, o, 2021-ci ilin dekabrında saxlanıldıqdan sonra 2023-cü il iyulun 9-da həbsxanadan buraxılıb.

H.Yusuf İordan çayının qərb sahilində HƏMAS-ın nüfuzlu liderlərindəndir. 1955-ci ildə Ramallahda anadan olub. Ali dini təhsil alıb. 1992-ci ildən HƏMAS-ın sözçüsü olub. H.Yusuf qruplaşmanın lideri Xalid Məşəllə daim təmasda olub, onun yaxın adamlarından sayılır. İsrailin xüsusi xidmət orqanlarının əməkdaşları onu dəfələrlə tutub.

Xəbər lenti

Çox oxunanlar