Xəzər Xəbər

İsrail Qasım Süleymaninin Livanda olan heykəlini VURDU

Dünya | 16:16 • 19 Oktyabr 2023
İsrail Qasım Süleymaninin Livanda olan heykəlini

İsrail Müdafiə Ordusu (IDF) Livanda iranlı general Qasım Süleymaninin abidəsinə hava zərbəsi endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

"Çərşənbə günü axşam İsrail ordusu Livanın cənubundakı Odayse yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin abidəsini vurub", - nəşr Livanın “Al-Mayadin” telekanalına istinadən yazır.

Qeyd olunub ki, hücum nəticəsində Kfar-Killada ucaldılan iranlı generalın heykəli dağılıb.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024