Xəzər Xəbər

HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb

Dünya | 11:05 • 19 Oktyabr 2023
HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb

HƏMAS-ın siyasi bürosunun ilk qadın üzvü Cəmilə əl-Şanti öldürülüb.

"Times of Israel" xəbər yayıb ki, bu barədə Qəzzada HƏMAS-a bağlı media orqanları məlumat yayıb. 

Bildirilib ki, HƏMAS-ın həmtəsisçisi Əbdül Əziz ər-Rantisinin həyat yoldaşı və təşkilatın siyasi bürosuna seçilən ilk qadın Cəmilə əl-Şanti İsrailin hava hücumunda öldürülüb.

Onun bu gün səhər saatlarında öldüyü qeyd olunub.
Əl-Şanti 2021-ci ildə HƏMAS-ın ən yüksək qərar qəbuledici orqanı olan siyasi bürosuna seçilən ilk qadındır.
Onun həyat yoldaşı Rantisi 2004-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülüb.

Xəbər lenti

Çox oxunanlar