Xəzər Xəbər

Türkiyə Qəzzaya görə 3 günlük matəm ELAN EDİR

Dünya | 17:30 • 18 Oktyabr 2023
Türkiyə Qəzzaya görə 3 günlük matəm

Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədr müavini Özlem Zengin Qəzzada Əl Ehli Baptist Xəstəxanasını bombalanması nəticəsində 500 nəfərin həyatını itirdiyi hücumla əlaqədar Prezident Sərəncamı ilə 3 günlük milli matəm elan ediləcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

 

Xəbər lenti

Çox oxunanlar