Xəzər Xəbər

Moskva Paşinyanın Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir

Dünya | 14:20 • 18 Oktyabr 2023
Moskva Paşinyanın  Avropa Parlamentindəki çıxışını təxribat kimi qiymətləndirir

Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Volodimir Zelenskinin yolunu davam etdirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib. 

“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı “Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə “Ukrayna nömrə 3”ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Volodimir Zelenskinin addımları ilə gedir”, - mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.

Xəbər lenti