Xəzər Xəbər

ABŞ İsrailə hərbi yardım üçün təyyarələr göndərib

Dünya | 09:04 • 18 Oktyabr 2023
ABŞ İsrailə hərbi yardım üçün təyyarələr göndərib

ABŞ hərbi yardımla İsrailə beş "C-17" təyyarəsi göndərib.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.

“Bu günə qədər beş "C-17" döyüş təyyarəsi İsrailə müxtəlif hərbi təhlükəsizlik yardımlarını uğurla çatdırıb. Reyslər oktyabrın 12-dən 16-dək həyata keçirilib”,-deyə o, qeyd edib.

Pentaqonun mətbuat katibinin müavini belə çatdırılmaların davam etdiriləcəyini söyləyib.

Həmçinin oktyabrın 17-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İsrailə ölkənin hərbi əməliyyatları necə aparması barədə məsləhət vermək niyyətində deyil . Onun sözlərinə görə, İsrail dövlətinin Fələstin qüvvələrini məsuliyyətə cəlb etmək hüququ var.

Xəbər lenti

Çox oxunanlar