Xəzər Xəbər

Zəlzələdən sonra Əfqanıstanın bərpasına 93 milyon dollardan çox vəsait lazımdır

Dünya | 10:00 • 17 Oktyabr 2023
Zəlzələdən sonra Əfqanıstanın bərpasına 93 milyon dollardan çox vəsait lazımdır

Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində son hesablamalara görə, 1,5 min nəfər ölüb, 2 minə yaxın insan yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki humanitar koordinatoru vəzifəsini icra edən Daniel Endres bildirib.

"Növbəti 6 ay ərzində zərər çəkmiş ərazilərin bərpası və qurbanlara yardımın göstərilməsi üçün humanitar əməliyyatlar üçün 93,6 milyon dollar tələb olunur", - deyə D.Enders vurğulayıb.

Onun sözlərinə görə, daha 43 min insan bu və ya digər dərəcədə zəlzələdən zərər görüb. Ən çox zərər çəkən ərazi İncil rayonudur. Burada 23 minə yaxın zərərçəkmiş insan yaşayır. Bu, bütün qurbanların təxminən 53 faizini təşkil edir.

BMT-nin bu ölkədəki nümayəndəsi zəlzələ nəticəsində 3,3 mindən çox evin dağıldığını da bildirib. Su təchizatına və quyulara ciddi ziyan dəyib, dağıntılar suyun çirklənməsinə və xəstəliklərin yayılmasına səbəb ola bilər.

Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə güclü zəlzələ baş verib.

Xəbər lenti