Xəzər Xəbər

ABŞ Rusiya ilə nüvə silahlarına nəzarət sistemi üzərində işləməyə hazır olduğunu bildirib

Dünya | 09:00 • 17 Oktyabr 2023
ABŞ Rusiya ilə nüvə silahlarına nəzarət sistemi üzərində işləməyə hazır olduğunu bildirib

ABŞ Strateji Silahların Azaldılması Müqaviləsinin (START-3) tam icrasının bərpası məsələsində Rusiya ilə konstruktiv əməkdaşlığa və START-3-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi üzərində işləməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının müvafiq komitəsinin iclasında ABŞ-nin nümayəndəsi Brüs Törner deyib.

“Biz START-3 müqaviləsinin tam icrası yolunda Rusiya ilə konstruktiv işləməyə, nüvə risklərinin azaldılması və 2026-cı ildən sonra nüvə silahlarına nəzarət sistemi üzərində işləməyə hazırıq (START-3-ün müddəti 2026-cı ilin fevralında başa çatacaq – Red.)”, - deyə B.Törner bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Moskvanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını, lakin ondan çıxmadığını bəyan edib.

Xəbər lenti

Çox oxunanlar