Xəzər Xəbər

Rusiya Prezidenti Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak edib

Dünya | 22:11 • 16 Oktyabr 2023
Rusiya Prezidenti Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak edib

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

Xezerxeber.az xəbər verir ki, videogörüntü vasitəsilə mərasimə qoşulan V.Putin ölkənin 5 regionunda yolların, o cümlədən Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.

Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti İlham Əliyev ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.

V.Putin vurğulayıb ki, tərəfdaşlar da “Şimal-Cənub” dəhlizinin reallaşması üçün böyük işlər görürlər.

Xəbər lenti

Çox oxunanlar