Xəzər Xəbər

Putin İsrail və Fələstin liderləri ilə danışıb

Dünya | 19:25 • 16 Oktyabr 2023
Putin İsrail və Fələstin liderləri ilə danışıb

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Xezrexeber.az yerli mediaya istinadən xəbər verir ki, Putin İsrail-HAMAS müharibəsi başlayandan bəri ilk dəfə Netanyahu ilə telefonla danışıb. 

Telefon danışığı zamanı İsraildəki mövcud vəziyyət və Qəzzadakı humanitar böhran müzakirə olunub.

Rusiya prezidenti Netanyahudan sonra Fələstin Prezidenti Mahmud Abbasla da telefonla danışıb. WAFA agentliyinin məlumatına görə, Mahmud Abbas Putinlə söhbətində Rusiyanın Fələstin xalqının hüquqlarına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Xəbər lenti

Çox oxunanlar