Xəzər Xəbər

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Dünya | 16:05 • 16 Oktyabr 2023
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Qeyd olunub ki, telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib.

Ərdoğan münaqişənin tezliklə sona çatmasının regionda və dünyada sülh naminə vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımların çatdırılması üçün sıx səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılmasının lazım olduğunu vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar