Xəzər Xəbər

İrandan İsrailə XƏBƏRDARLIQ

Dünya | 09:56 • 15 Oktyabr 2023
İrandan İsrailə

İsrail Ordusunun Qəzza zolağında quru əməliyyatına başlaması bu gün nəzərdə tutulsa da, buludlu hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə “The New York Times“ İsrail Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, buludlu hava şəraitində pilotsuz uçuş aparatlarının quru qoşunlarını dəstəkləməsi çətin olduğu üçün əməliyyat təxirə salınıb.

İran isə Fələstinin radikal HAMAS hərəkatı ilə İsrail arasındakı münaqişənin daha da gərginləşməsini istəmir.

Qeyd olunub ki, İran tərəfi İsrailə Qəzza zolağında hərbi əməliyyatı davam etdirdiyi təqdirdə müdaxilə etmək məcburiyyətində qalacağını deyib.

Xəbər lenti