Xəzər Xəbər

İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV ETDİ

Dünya | 09:07 • 15 Oktyabr 2023
İsrail ordusu HƏMAS-ın komandanlıq mərkəzlərini MƏHV

İsrailin Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın komandanlıq mərkəzlərinə hava zərbəsi endirib.

Xezerxeber.az-ın məlumatına görə, müvafiq paylaşım ordunun teleqram kanalında yerləşdirilib.

“İsrail Ordusu gün ərzində Qəzza zolağında HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Hədəflər arasında terrorçular, əməliyyat komandanlıq mərkəzləri və onlarla minaatan var”, - məlumatda bildirilir.

Söhbət həm də yeraltı tunellərdən çıxarkən aşkarlanan bir neçə HƏMAS döyüşçüsünün məhv edilməsindən gedir. Tunelin özü də vurulub.

Xəbər lenti