Xəzər Xəbər

Almaniya Ukraynaya daha 4 ədəd zirehli maşın tədarük edib

Dünya | 08:50 • 14 Oktyabr 2023
Almaniya Ukraynaya daha 4 ədəd zirehli maşın tədarük edib

Son bir həftə ərzində Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” universal maşını tədarük edib.

Berlin, həmçinin Kiyevə 82 peyk rabitə terminalı, 4 sərhəd xidməti avtomobili, 50 ədəd dron sensoru, bir neçə qoşqu və yarımqoşqu, 100 min ilk yardım dəsti göndərib.

Xezerxeber.az TASS agentliyinə istinadla bildirir ki, bu, bu, Almaniya hökumətinin Kiyevə göstərdiyi və ya gələcəkdə göstərməyi planlaşdırdığı hərbi yardımların yenilənmiş siyahısının davamıdır.

Xatırladaq ki, ötən çərşənbə axşamı Almaniya Müdafiə Nazirliyi qış ərəfəsində Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri – “Patriot” və “IRIS-T SLM & SLS”, həmçinin üç ədəd “Leopard” özüyeriyən texnika da daxil olmaqla, 1 milyard avro dəyərində yeni yardım paketi təqdim etdiyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar