Xəzər Xəbər

Türkiyə XİN AŞPA-nın qərarına münasibət bildirib

Dünya | 13:13 • 13 Oktyabr 2023
Türkiyə XİN AŞPA-nın qərarına münasibət bildirib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Qeyd olunub ki, bu təşəbbüslə AŞPA məhkəmə proseslərindən siyasət üçün istifadə edir və dialoq kanallarını bağlamağa çalışır.

“Bu, AŞPA-nın əsas səbəbini təşkil edən demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq. Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir”, - deyə vurğulanıb.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024