Xəzər Xəbər

HAMAS Qəzza zolağı sakinlərinə çağırış edib

Dünya | 12:25 • 13 Oktyabr 2023
HAMAS Qəzza zolağı sakinlərinə çağırış edib

HAMAS hərəkatının Siyasi Bürosu Qəzza zolağının sakinlərini İsrailin anklavın cənub rayonlarına təxliyəsi ilə bağlı tövsiyələrinə məhəl qoymamağa çağırıb.

Bu barədə HAMAS-ın rəsmi "Telegram" kanalında dərc olunan bəyanatda deyilir. 

"Biz öz torpaqlarımızda möhkəm dayanırıq və evlərimizdə qalırıq, köç və deportasiya olmayacaq. Fələstin xalqı işğal olunmuş ərazilərin liderlərinin təhdidlərini və qəzzalıların evlərini tərk edərək cənub bölgələrinə və ya Misirə getməklə bağlı çağırışlarını rədd edir”, - deyə bəyanatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar