Xəzər Xəbər

Gürcüstanda azərbaycanlı kişi güllələnərək qətlə yetirilib FOTO

Dünya | 22:56 • 12 Oktyabr 2023
Gürcüstanda azərbaycanlı kişi güllələnərək qətlə yetirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib. 

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

Xəbər lenti

Çox oxunanlar