Xəzər Xəbər

Ərdoğan Şoltsla HAMAS-la İsrail arasındakı gərginliyi müzakirə edib

Dünya | 19:11 • 12 Oktyabr 2023
Ərdoğan Şoltsla HAMAS-la İsrail arasındakı gərginliyi müzakirə edib

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə telefon danışığı aparıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi, humanitar böhranların həlli yollarının axtarılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini və vasitəçilik də daxil olmaqla bir çox addımlar atmağa hazır olduğunu bildirib.

Xəbər lenti

Çox oxunanlar