Xəzər Xəbər

İsrail HƏMAS-ın girov götürdüyü şəxslərin sayını AÇIQLADI

Dünya | 13:38 • 12 Oktyabr 2023
İsrail HƏMAS-ın girov götürdüyü şəxslərin sayını

HƏMAS İsrailə hücum zamanı ən azı 200 nəfəri girov götürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Hagari bildirib ki, girov saxlanılanlardan 97 nəfəri ailəsi artıq bununla bağlı xəbərdar edilib.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Xəbər lenti

Çox oxunanlar