Xəzər Xəbər

İranda partlayış baş verib, ölənlər var

Dünya | 14:39 • 11 Oktyabr 2023
İranda partlayış baş verib, ölənlər var

İranın cənub-şərqində yerləşən Xuzistan əyalətində məişət qazının partlaması nəticəsində azı 8 nəfər ölüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Tasnim” agentliyi məlumat yayıb. 

Partlayış nəticəsində ev uçub. İkisi uşaq olmaqla azı dörd nəfər yaralanıb. Hadisə yerinə iki təcili yardım maşını göndərilib.

Əyalət fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, qurbanların sayının artması ehtimalı var.

Xəbər lenti