Xəzər Xəbər

Rusiya İsraildəki münaqişənin hər iki tərəfi ilə balanslaşdırılmış yanaşma saxlayır

Dünya | 13:25 • 11 Oktyabr 2023
Rusiya İsraildəki münaqişənin hər iki tərəfi ilə balanslaşdırılmış yanaşma saxlayır

Rusiya Federasiyası İsraildəki münaqişənin hər iki tərəfi ilə balanslaşdırılmış yanaşma və dialoq saxlayır.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

O, Rusiya Federasiyasının İsrail və Fələstin arasında münaqişənin həlli prosesində rol oynayacağını vurğulayıb.

"Rusiya bu münaqişədə bərabər məsafə saxlamalıdır, yalnız bu ona nizamlanma prosesində iştirak etmək hüququ verəcək", - deyə Peskov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar