Xəzər Xəbər

İsraildə ölənlərin sayı 1200-ə çatıb

Dünya | 08:59 • 11 Oktyabr 2023
İsraildə ölənlərin sayı 1200-ə çatıb

HAMAS-la yaşanan gərginlikdən sonra İsraildə 1200 şəxs ölüb.

Xezexəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HAMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

Bundan əvvəl Amerika lideri Co Bayden bildirib ki, gərginlik başlayandan bəri İsraildə ən azı 14 ABŞ vətəndaşı ölüb.

HAMAS-ın İsrailə hücumu zamanı bir Avstraliya vətəndaşı da həlak olub.

Xəbər lenti

Çox oxunanlar