Xəzər Xəbər

Əfqanıstanda yenə güclü zəlzələ baş verib

Dünya | 08:53 • 11 Oktyabr 2023
Əfqanıstanda yenə güclü zəlzələ baş verib

Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığındakı 6,3 bal gücündə zəlzələ nəticəsində 2 mindən çox adam ölüb, on minlərlə insan evsiz qalıb.

Xəbər lenti

Çox oxunanlar