Xəzər Xəbər

Kennedilər ailəsinin üzvü yenidən ABŞ prezidenti ola bilər

Dünya | 16:12 • 10 Oktyabr 2023
Kennedilər ailəsinin üzvü yenidən ABŞ prezidenti ola bilər

Kennedilər ailəsinin üzvü Robert F. Kennedi ABŞ-də keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırır.

Xezerxeber.az CNN telekanalına istinadla xəbər verir ki, ətraf mühit məsələləri üzrə hüquqşünas və ABŞ-nin sabiq prezidenti Con Fitscerald Kennedinin qohumu, 69 yaşlı Robert Kennedi bu barədə ailəsi tərəfindən qurulan Demokratlar Partiyasını tərk edərkən deyib. O, bir müddət öncə ABŞ Prezident Cozef Baydenə qarşı Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini elan etmişdi.

Robert Kennedinin ali dövlət postu uğrunda mübarizədə iştirakı Birləşmiş Ştatlarda seçki yarışını daha da mürəkkəbləşdirə bilər. Ötən həftə keçirilən sosioloji rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 14 faizi Robert Kennedini, 40 faizi Donald Trampı, 38 faizi isə Cozef Baydeni dəstəkləyib.

Seçkilərə hələ bir ildən də çox vaxt qalmasına baxmayaraq, Robert Kennedinin 2024-cü ilin noyabrında bu dəstəyi səsə çevirə biləcəyi bəlli deyil. O, həm Cozef Baydenin, həm də Donald Trampın tərəfdarlarını özünə cəlb edərək seçkilərdə qələbə qazanacağına ümid edir.

Xəbər lenti

Çox oxunanlar