Xəzər Xəbər

HƏMAS-ın hücumunda ölən israilli hərbçilərin sayı AÇIQLANDI

Dünya | 10:24 • 10 Oktyabr 2023
HƏMAS-ın hücumunda ölən israilli hərbçilərin sayı

HƏMAS-la toqquşmalarda ölən İsrail hərbçilərinin sayı 123-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb.

Daha əvvəl 85 İsrail hərbçisinin həlak olduğu barədə məlumat verilmişdi.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dan çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xəbər lenti

Çox oxunanlar