Xəzər Xəbər

İsrail ordusu ölkədə nəzarəti TAM BƏRPA ETDİ

Dünya | 16:25 • 9 Oktyabr 2023
İsrail ordusu ölkədə nəzarəti TAM BƏRPA ETDİ

İsrail hərbçiləri ölkənin cənubunda HƏMAS döyüşçülərinin daxil olduğu bütün yaşayış məntəqələri üzərində nəzarəti bərpa edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirilib.

"Biz bütün yaşayış məntəqələrinə nəzarət edirik", - deyən Daniel Haqari ölkə ərazisində hələ də ayrı-ayrı döyüşçülərin ola biləcəyini qeyd edib.

Bundan başqa, ordu nümayəndəsi İsrail hərbçilərinin ölkə ərazisi üzərində nəzarəti bərpa etdikdən sonra Qəzza zolağında HƏMAS-a qarşı hücum mərhələsinə keçəcəyini bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xəbər lenti