Xəzər Xəbər

İsrail ordusu Qəzzada HƏMAS-ın tam məhv edilməsi mərhələsinə keçib

Dünya | 13:45 • 9 Oktyabr 2023
İsrail ordusu Qəzzada HƏMAS-ın tam məhv edilməsi mərhələsinə keçib

İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hücuma başladığını elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib. 

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçib.

Hücum nəticəsində İsrail hərbçiləri tərəfindən Qəzzaya yaxın ərazilərdə yüzlərlə terrorçunun məhv edildiyi bildirilib.

Xəbər lenti

Çox oxunanlar