Xəzər Xəbər

İsraildə ehtiyatda olan hərbçilər orduya çağırılır

Dünya | 13:25 • 9 Oktyabr 2023
İsraildə ehtiyatda olan hərbçilər orduya çağırılır

İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq. Onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.

Xezerxeber.az “The Yeruselim Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

Qeyd edilib ki, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. Ölkədə müharibə vəziyyəti elan edilib və "Dəmir Qılınclar" əməliyyatına başlanılıb.

Xəbər lenti

Çox oxunanlar