Xəzər Xəbər

Ermənistandan ABŞ-yə qanunsuz miqrasiya cəhdinin qarşısını alınıb, həbs olunanlar var

Dünya | 12:41 • 9 Oktyabr 2023
Ermənistandan ABŞ-yə qanunsuz miqrasiya cəhdinin qarşısını alınıb, həbs olunanlar var

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkə vətəndaşlarının ABŞ-yə qanunsuz miqrasiya cəhdinin qarşısını alıb, həbs olunanlar var.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Müəyyən edilib ki, bir neçə İrəvan sakini cari ilin fevral-aprel ayları ərzində Ermənistan vətəndaşlarını qanunsuz olaraq ABŞ-yə göndərməyə cəhd ediblər. Dələduzluq əməllərində iştirak edənlər vətəndaşlara əmək haqqı, iş yeri, ixtisaslar haqda saxta sənədlər, saxta diplom və sertifikatlar veriblər.

Bu sxem əsasında həyata keçirilən xidmətlərin ümumi dəyəri 15 min dollar qiymətləndirilib.

Faktla bağlı cinayət işi açılıb, dələduzluq əməllərində iştirak edən iki nəfər həbs edilib. Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar