Xəzər Xəbər

İsrail Qəzzada 500-dən çox hədəfi vurub

Dünya | 09:33 • 9 Oktyabr 2023
İsrail Qəzzada 500-dən çox hədəfi vurub

Ötən gecə İsrail qırıcıları, helikopterləri və artilleriyası Qəzza zolağında HƏMAS hərəkatı və “İslami cihad” qruplaşmasının radikallarının 500-dən çox hədəfini vurub.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

“HƏMAS-ın yeddi komanda mərkəzi və “İslami cihad” komanda mərkəzi hücuma məruz qalıb”, - deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.

Bundan başqa, HƏMAS-ın rəhbər şəxslərindən Ruhi Maştaanın iqamətgahının yerləşdiyi çoxmərtəbəli binalara da hücum edilib.

Xəbər lenti

Çox oxunanlar