Xəzər Xəbər

İsraildə baş verən döyüşlərdə iki ukraynalı həlak olub

Dünya | 17:02 • 8 Oktyabr 2023
İsraildə baş verən döyüşlərdə iki ukraynalı həlak olub

İsraildə baş verən döyüşlər nəticəsində iki Ukrayna vətəndaşı həlak olub.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

"İsraildə iki ukraynalı qadının ölümü ilə bağlı məlumatı təsdiqləmişik. Hər iki vətəndaş ölkədə uzun müddət yaşayıb”, - deyə o qeyd edib.

Ukrayna XİN digər məlumatları dəqiqləşdirmək üçün “qaynar xətt” yaradıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox insan isə yaralanıb. Ölkədə “müharibə vəziyyəti” elan edilib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.

Xəbər lenti

Çox oxunanlar