Xəzər Xəbər

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın "kəşfiyyat rəhbəri"nə məxsus binanı vurub YENİLƏNİB

Dünya | 11:55 • 8 Oktyabr 2023
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın "kəşfiyyat rəhbəri"nə məxsus binanı vurub

İsrail aviasiyası Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının “kəşfiyyat bölməsinin rəhbəri”nə məxsus binalar kompleksinə zərbə endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. 

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri HƏMAS terror təşkilatının kəşfiyyat bölməsinin rəhbərinə məxsus iqamətgahı vurublar. İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağında terrorçuların hədəflərinə zərbələr endirməkdə davam edir”, - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub.

Xəbər lenti