Xəzər Xəbər

Cozep Borel İsrailin xarici işlər naziri və Fələstinin baş naziri ilə telefonla danışıb

Dünya | 09:46 • 8 Oktyabr 2023
Cozep Borel İsrailin xarici işlər naziri və Fələstinin baş naziri ilə telefonla danışıb

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel Fələstini İsraillə münaqişənin həllinə kömək etməyə çağırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Borelin X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında deyilir. 

“Mən Fələstinin Baş naziri Məhəmməd Ştayyeyə dedim ki, hərbi əməliyyatların dərhal dayandırılmasına kömək etsin” – Borel qeyd edib.

O, İsrailin xarici işlər naziri Eli Koenlə söhbətində “zorakılıq və terroru pislədiyini” bildirib.

Xəbər lenti