Xəzər Xəbər

Artıq müharibə bizim yaşadığımız şəhərə çatır AZƏRBAYCANLI SAKİN

Dünya | 15:18 • 7 Oktyabr 2023
Artıq müharibə bizim yaşadığımız şəhərə çatır

İsrailin hər bölgəsinə raket atırlar, hər yerdən atəş səsi gəlir.

Bu barədə Trend-ə açıqlamasında İsrail vətəndaşı olan azərbaycanlı Sabir Quliyev (ad şərtidir - red.) deyib.

"Artıq müharibənin coğrafiyası böyüyüb, bizim yaşadığımız Aşdod şəhərinə gəlib çatır. Dinc sakinlər arasında ölümün az olması üçün evdəki təhlükəsizlik otaqlarına (bomba sığınacağı) sığınmışıq",- deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər lenti