Xəzər Xəbər

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək

Dünya | 07:00 • 5 Oktyabr 2023
Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək

Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Almaniya Ukraynaya əlavə “IRIS-T” hava hücumundan müdafiə sistemi və 10-dan çox “Gepard” zenit silahı göndərəcək. Bu silahlar Ukrayna ordusuna bu ilin sonuna qədər çatdırılacaq.

Xəbər lenti