Xəzər Xəbər

Lavrovun müavini Ermənistanın Roma Statunu qəbul etməsinə mwnasibət bildirib

Dünya | 16:09 • 4 Oktyabr 2023
Lavrovun müavini Ermənistanın Roma Statunu qəbul etməsinə mwnasibət bildirib

Ermənistanın Roma Statunu qəbul etməsi Rusiyadan uzaqlaşma tendensiyasının bir hissəsidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində bildirib.

 

 

Ryabkov qeyd edib ki, Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun qəbul edilməsi bu ölkənin Rusiyadan uzaqlaşma istiqamətində siyasətinin ümumi tendensiyanın bir hissəsidir və əmin olduğunu bildirib ki, tarix hər şeyi öz yerinə qoyacaq:

“Ermənistan hökumətinin uzaqlarda özünə bəzi himayədarlar axtarmaq və kimlərinsə xoşuna gəlmək istəyi xalqlarımız arasında əsrlər boyu formalaşmış nadir tarixi dostluq və qarşılıqlı anlaşma bağlarını qıra bilməz”, - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, dünən Ermənistan parlamenti Rusiya Prezidenti Vladimir Putinin həbsinə əsas verən Roma Statutunu ratifikasiya edib.

Xatırladaq ki, 2004-cü ildə ratifikasiya prosesi dayandırılmışdı. Həmin ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyasına zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.

Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib. (APA)

Xəbər lenti

Çox oxunanlar